“Qalatasaray”ın futbolçusu “Lion”un transfer siyahısında
15.03.2022 - 20:15
“Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu “Lion”un maraq dairəsinə düşüb.
Liqa1 təmsilçisi 23 yaşlı türkiyəlini yay fasiləsində transfer etmək niyyətindədir. Onun transfer qiyməti 11 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Kərəm mövsümün 42 matçında 9 qola imza atıb.
0
0