"Qalatasaray"ın istədiyi futbolçu - “Fənərbaxça”da
06.08.2020 - 16:20
"Qalatasaray"ın istədiyi futbolçu - “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu Mert Hakan Yandaşı heyətinə qatıb.

“Qalatasaray”ın da maraq dairəsində olan 26 yaşlı futbolçu “sarı-lacivərdlilər”lə 4 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər “Fənərbaxça”da çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu 2017-20-ci illərdə şərəfini qoruduğu “Sivasspor” olub.