Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan klublarının potensial rəqibləri də bəlli olub.
“Qarabağ”, “Sumqayıt” və “Keşlə” II təsnifat mərhələsini adlasa, hansı cütlə qarşılaşacağı müəyyənləşib.
“Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) güclüsü ilə görüşəcək. Komandamız ilk oyunu rəqib meydanında keçiriləcək.
“Çukariçki” (Serbiya) – “Sumqayıt” matçlarında tur adlayan komandanın rəqibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütündə bəlli olacaq. Bu mərhələdə ilk matça təmsilçimiz ev sahibliyi edəcək.
“Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) ilə qarşılaşacaq. Təmsilçimiz mərhələ keçsə, növbəti raunda evdə başlayacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 5-də və 12-də keçiriləcək.
"Qarabağ", "Sumqayıt" və "Keşlə"nin potensial rəqibləri bilindi - Konfrans Liqasında
19.07.2021 - 16:17
0
0