Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Makkabi” ilə Təl-Əvivdə keçiriləcək oyunun favoritidir.
Apasport.az xəbər verir ki, UEFA-nın azarkeşlər arasında apardığı sorğuya əsasən bu qənaətə gəlmək olar.
Qitə futbol qurumunun sorğusuna qatılan respondentlərin 57 faizi “Qarabağ”ın İsraildən qalibiyyətlə dönəcəyini düşünür. “Makkabi”nin 3 xal qazanmaq şansı 37 faizə bərabər göstərilib. Matçın heç-heçə nəticələnəcəyini proqnozlaşdıranlar isə 6 faiz təşkil edir.
Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.