“Qarabağ” çempionluqdan ayıran faiz – 0,5
03.03.2022 - 14:38
“Qarabağ” çempionluqdan ayıran faiz – 0,5

Azərbaycan Premyer Liqasında klubların 2021/22 mövsümü üçün çempionluq şansları yenilənib.

Apasport.az saytının məlumatına görə, 17 turdan sonra çempionata başçılıq edən “Qarabağ” qızıl medallara yaxın görünür.

Ehtiyatında bir oyun olan Ağdam təmsilçisinin çempionluq şansları 99,5 faiz qiymətləndirilib. Qurban Qurbanovun kollektivinin mövsümü ən yaxın izləyicisindən 19 xal öndə - 67 xalla yekunlaşdırması proqnozlaşdırılır. Hazırda komandanın aktivində 37 xal var.

Medallara iddiaçılar “Neftçi”, “Qəbələ” və “Zirə”nin cüzi də olsa, birincilik şansı qalır. Son çempionun, həmçinin adıçəkilən Rəşad Sadıqovun komandanın titula yiyələnmək ehtimalı 0,2 faizə bərabərdir. “Qəbələ”də isə bu 0,1 faizdir. 

Ancaq “Neftçi” mövsümün sonunda gümüş mükafata daha şanslı hesab edilir. “Zirə”nin bürünc medal qazanacağı hesablanıbsa, hazırda ikinci yerdə qərarlaşan “Qəbələ”nin 4-cülüklə kifayətlənəcəyi vurğulanıb.

Mövsümün sonunda Premyer Liqada turnir cədvəlinin aşağıdakı kimi olacağı proqnozlaşdırılır:

Yer

Komanda

Çempionluq şansı

Təxmini xalı

İndiki xalı

1

Qarabağ

99,5%

67

37

2

Neftçi

0,2%

48

28

3

Zirə

0,2%

46

31

4

Qəbələ

0,1%

45

32

5

Sabah

0%

32

20

6

Keşlə

0%

27

15

7

Sumqayıt

0%

24

13

8

Səbail

0%

18

11