“Qarabağ”a 190 min avro – UEFA-dan bonus
19.01.2021 - 12:20
“Qarabağ” UEFA-dan növbəti vəsait əldə edib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün klubun büdcəsinə 190 min avro köçüb.
Bu, UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsaitdir. Məbləğ AFFA-nın vasitəçiliyi ilə Futbol Klubunun hesabına köçürülüb.
0
0