“Qarabağ”ın baş menecerinə Avropa Klublar Assosiasiyasında vəzifə verdi
03.10.2019 - 00:05
“Qarabağ”ın baş menecerinə Avropa Klublar Assosiasiyasında vəzifə verdi

Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupuna seçkilər keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın baş meneceri Asif Əsgərov qurumun katibi seçilib.

Klub rəsmisi İtaliya təmsilçisi "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il fəaliyyət göstərəcək. A.Əsgərov burada "Tottenhem", "Arsenal" (hər ikisi  (İngiltərə), "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Yuventus" (İtaliya), "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) rəsmiləri ilə birlikdə yer alıb.

Qeyd edək ki, bunadək iki il İşçi Qrupun üzvü olan A.Əsgərov Azərbaycanın buradakı ilk və yeganə təmsilçisidir.