“Klubun heyətində kubokun finallarında oynamışam. Bu möhtəşəm matçlardır”.
Apasport.az saytının məlumatına görə, bunu “Aberdin”in futbolçusu Co Lyuis deyib.
Qapıçı Konfrans Liqasının “Qarabağ”la matçı barədə fikirlərini açıqlayıb: “Futbolçular da, məşqçilər də mükafat qazanmaq istəyir. “Qarabağ”la matç bizə titul qazandırmayacaq. Amma çox sayda mükafat olacaq. Bunlar maliyyə qazancı və böyük səhnədə oynamaq imkanıdır”.
Co qrup mərhələsi arzusu barədə danışıb: “Qrupa düşmək əla olardı. Bu, ən azı daha 6 oyun keçirmək imkanı verir. Bunlardan üçü evdə keçiriləcək ki, azarkeşlər üçün böyük sevinc olacaq. Koronavirus pandemiyası dövründəki sıxıntılı dövrdə maliyyə baxımından alacağımız mükafat da çox önəmlidir. Uzun illərdir qrupa düşmürük. “Aberdin”i Avropa futboluna qaytarmaq fantastik imkandır. Bizi qrupdan bir oyun ayırır. Bunun üçün qalib gəlməliyik. “Qarabağ”ın yaxşı komanda olduğunu bilirik. Amma son iki turda da yaxşı rəqiblərlə qarşılaşmışıq. Rəqibin gücünü bilirik, amma çəkinmirik. Onların gücünü, özümüzü düşünmək lazımdır”.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU