“Qarabağ”ın günü – “Keşlə” də uduzmaya bilər
22.07.2021 - 15:36
“Qarabağ”ın günü – “Keşlə” də uduzmaya bilər

Bu gün Azərbaycanın iki klubu Konfrans Liqasında mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, “Qarabağ” İsrail təmsilçisi “Aşdod”u qəbul edəcək, “Keşlə” Rusiyada “Soçi”nin qonağı olacaq.

II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq qarşılaşmalara qədər də Azərbaycan klubları iyulun 22-də meydana çıxıb. İndiyədək bu tarixdə 7 matç keçirilib.

İlk iki oyunda təmsilçilərimiz “Kəpəz”lə “Dinamo” (sonrakı “Bakı”) darmadağına üzülüb. Sonrakı iki qarşılaşmada eyni – 1:1 hesablı heç-heçələr qeydə alınıb. Həmin bərabərliklərin müəllifləri bu gün meydana çıxacaq “Qarabağ”la “Keşlə”dir (o vaxtkı “İnter”).

Son üç qarşılaşmada isə 22 iyul tarixi təmsilçilərimizə qələbə gətirib. İlk uğur “Bakı”nın aktivindədirsə, “Qarabağ” ardıcıl iki dəfə qalib gəlib.

İyulun 22-də keçirilən avrokubok oyunlarımız
22 iyul 1998. LKS (Polşa) – “Kəpəz” - 4:1
22 iyul 1998. “Arceş” (Rumıniya) – “Dinamo” - 5:1
22 iyul 2008. “Rabotniçki” (Makedoniya) – “İnter” - 1:1
22 iyul 2010. “Qarabağ” – “Portadaun” (Şimali İrlandiya) - 1:1
22 iyul 2010. “Buduçnost” (Monteneqro) – “Bakı” - 1:2
22 iyul 2014. “Qarabağ” – “Valletta” (Malta) - 4:0
22 iyul 2015. “Rudar” (Monteneqro) - “Qarabağ” - 0:1
 

0