“Qarabağ”ın sabiq qapıçısından vida
16.03.2022 - 16:24
“Qarabağ”ın sabiq qapıçısından vida

“Qarabağ”ın sabiq qapıçısı Hannes Halldorsson karyerasını bitirib.

Apasport.az saytının məlumatına görə, bunu 38 yaşlı qolkiper özü sosial şəbəkə vasitəsilə açıqlayıb.

Son olaraq ölkəsində “Valyur”un formasını geyinən İslandiya millisinin keçmiş üzvü artıq əlcəklərini rəfə qoymağın vaxtı çatdığını bildirib: “31 illik futbol macəramdan sonra bir gün bunu etməli idim. Bu, əla gəzinti idi. Ailəm, komanda yoldaşlarım, məşqçilərim, azarkeşlər, ümumiyyətlə, bu yolda mənə kömək edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Hannes Halldorsson 2018/19 mövsümündə “Qarabağ”ın formasını geyinib.