"Qarabağ"ın transferini təbrik etdi - "Mançester Yunayted"in futbolçusu
26.07.2020 - 23:02
"Qarabağ"ın yeni transferi Uroş Matiç instaqram səhifəsi vasitəsilə keçidini bir daha bəyan edib.
Apasport.az saytının məlumatına görə, serbiyalı yarımmüdafiəçinin paylaşımına qardaşı - "Mançester Yunayted"in futbolçusu Nemanya Matiç də reaksiya bildirib.
Uroşun "Yeni hissə, "Qarabağ". Səmimi qəbul üçün təşəkkür edirəm", yazısına rəy bildirən məşhur futbolçu ona uğurlar arzulayıb: "Uğurlar, qardaş". Nemanya özü də bununla bağlı ayrıca paylaşım edərək, qardaşını təbrik edib.
Qeyd edək ki, "Kopenhagen"dən transfer edilən Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə bağlayıb.
0
0