"Bu sadəcə yoxlama görüşü idi. Ona görə də matç haqda çox danışmağa ehtiyac yoxdur. Yaxşı oyun alındı".
Bunu apasport.az saytına Polşanın "Visla"(Plotsk) klubunun futbolçusu Yakub Jezniçak deyib.
"Qarabağ"ın sabiq müdafiəçisi Ağdam klubu ilə Antalyadakı yoxlama matçını şərh edib. O, Azərbaycan çempionuna 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəqibin xoş təsir bağışladığını vurğulayıb: "Qarabağ" mənim ikinci evimdir. Təbii ki, sabiq komandama qarşı oynamaq çox xoş idi. Matçdan əvvəl və sonra demək olar ki, "Qarabağ"ın bütün kollektivi ilə söhbətləşdim (gülür). Çünki orada oynamışam. "Qarabağ"ı və sabiq komanda yoldaşlarımın hamısını sevirəm. Bir daha təkrarlayıram, "Qarabağ" mənim ikinci evimdir".
Qeyd edək ki, 2017-2019-cu ildə “Qarabağ”da oynayan polşalı bu mövsümün əvvəlində vətəninə qayıdıb. O, iki dəfə Azərbaycan çempionatının qızıl medallarını qazanıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı