“Son həftələrdə istədiyimiz oyunu meydanda sərgiləyə və uğurlu nəticə əldə edə bilmirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun futbolçusu Yasin Öztəkin Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.
İstanbuldakı qarşılaşmada Azərbaycan çempionu üzərində 3:2 hesablı qələbə qazanan “igidlər” xallarının sayını 6-ya yüksəldib.
Matçla bağlı təəssüratlarını bölüşən hücum oyunçusu qrupun son iki turunda da eyni nəticəni hədəflədiklərini söyləyib: “Artıq 2-3 oyundur yaxşı mübarizə aparırıq və uğurlu nəticələr də əldə etməyə başlamışıq. “Qarabağ”la oyun ölkəmiz və “Sivasspor” üçün çox önəmli idi. Qələbə qazandığımız üçün xoşbəxtik. Önümüzdə 2 final görüşü var. “Vilyarreal” və “Makkabi” üzərində də qələbə qazanmaq istəyirik”.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər