Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşan “Qəbələ” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın müdafiəçisi Vinko Medimoreç sıradan çıxıb.
Matçın 35-ci dəqiqəsində hava mübarizəsi zamanı komanda yoldaşı Rafael Utriqlə toqquşan xorvatiyalı futbolçu başından xəsarət alıb. 24 yaşlı oyunçu mübarizəni davam etdirsə də, bu durumda meydanda çox qala bilməyib. Nəticədə 43-cü dəqiqədə baş məşqçi Elmar Baxşıyev məcburi əvəzetməyə əl atıb. Medimoreçi həmin dəqiqədə Murad Musayev əvəzləyib.
Qeyd edək ki, Qəbələdə keçirilən oyunda “Neftçi” 1:0 hesabı ilə öndədir.