"Qəbələ"dən ayrıldı, Yunanıstana qayıtdı
30.01.2020 - 12:16
İkinci dəfə "Qəbələ"dən ayrılan yarımmüdafiəçi İbrahima Niasse yenidən Yunanıstana köçüb.
Apasport.az saytının məlumatına görə, seneqallı futbolçu "Lamia" klubu ilə anlaşıb.
32 yaşlı oyunçu yüksək liqa təmsilçisi ilə artıq rəsmi müqaviləyə qol çəkib. Bununla 2017-18-ci illərdə "Levadiakos"un formasını geyinmiş Niasse yenidən Yunanıstana dönüb.
Qeyd edək ki, "Qəbələ"yə ötən ilin oktyabrında azad agent kimi keçən İbrahima Niasse Premyer Liqada 3 matçda iştirak edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0