“Qəbələ”nin futbolçusu zədələnərək, meydanı tərk etdi
28.09.2019 - 17:48
“Qəbələ”nin futbolçusu zədələnərək, meydanı tərk etdi

Azərbaycan Premyer Liqasının VI turu “Qəbələ” üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

APA-nın məlumatına görə, “Neftçi” ilə hazırda davam edən qarşılaşmanın gedişində Rasim Ramaldanov ciddi zədə alıb.

39-cu dəqiqədə xəsarət alan müdafiəçi oyunu davam etdirə bilməyib. Bu səbəbdən də müdafiəçi əvəzlənməli olub.

Qeyd edək ki, R.Ramaldanov əvəzləndiyi vaxt hesab 0:0-dır.