“Real” “Osasuna”ya qarşı, izləyiciləri çətin sınaqda - AFİŞA
19.04.2022 - 11:14
“Real” “Osasuna”ya qarşı, izləyiciləri çətin sınaqda - AFİŞA

Sabah İspaniya La Liqasında XXXIII tura start veriləcək. 

Apasport.az saytının məlumatına görə, turun görüşləri üç günü əhatə edəcək.

Çempionluğa doğru inamla irəliləyən “Real” “Osasuna”nın qonağı olacaq. Son üç matçda qələbələri sıralayan Madrid klubu seriyasını davam etdirmək üçün meydana çıxacaq. Çempionatın ortababı olan meydan sahibləri ardıcıl üçüncü qələbə ilə doğma azarkeşləri sevindirməyə çalışacaq.

Mükafatlar və Çempionlar Liqasına vəsiqələrə iddia edənlər də vacib sınağa çıxacaq. “Real Sosyedad” “dördlük”dən uzaq düşməmək üçün “Barselona”nı xalsız qoymalıdır. Xavinin komandası isə ikinci pilləni və qızıla nəzəri şansını qorumaq üçün səfərdən itkisiz dönməlidir.

Mükafat arzusunda olanlarda “Betis”lə “Atletiko”nu ev, “Sevilya”nı səfər sınağı gözləyir. “Betis” orta sıralardakı “Elçe”ni qəbul edəcəksə, digər iki komandanın rəqibləri təhlükəli zonada qərarlaşıb. Madrid klubu “Qranada”nı, Sevilyanın eyniadlı təmsilçisi “Levante”ni sınağa çəkəcək.

XXXIII tur
19 aprel

21:00. “Malyorka” – “Alaves”
23:00. “Betis” – “Elçe”
23:30. “Vilyarreal” – “Valensiya”
20 aprel
21:00. “Atletiko” – “Qranada”
22:00. “Selta” – “Xetafe”
23:30. “Osasuna” – “Real”
21 aprel
21:00. “Espanyol” – “Rayo Valyekano”
21:00. “Levante” – “Sevilya”
22:00. “Kadis” – “Atletik”
23:30. “Real Sosyedad” – “Barselona”