“Real” İskoya qiymət qoydu – 70 milyon
21.11.2020 - 10:07
“Real” İskoya qiymət qoydu – 70 milyon

İspaniyanın “Real” klubu futbolçusu İskonun transfer qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi futbolçunu 70 milyon avroya satmağı planlaşdırır.

Bu vəsait klubun maliyyə problemlərini qismən həll etməlidir. Lakin hələlik bu məbləği verməyə hazır olan komanda yoxdur. İngiltərə “Everton”u İskonu heyətində görmək istəsə də, Premyer Liqa təmsilçisi 30-40 milyon avro verməyə razıdır.