İspaniyanın “Real” klubu antirekorda imza atıb.
APA-nın məlumatına görə, Madrid təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının startındakı iki oyunda qələbəyə həsrət qalıb.
İlk turda PSJ-yə 0:3 hesabı ilə uduzan Zinəddin Zidanın yetirmələri bu dəfə “Brügge” ilə heç-heçə edib – 2:2.
“Kral klubu”nun ilk qoluna imza atan Serxio Ramos mövsümdə ilk dəfə fərqlənib. Bununla da kapitan ardıcıl 10-cu mövsüm Çempionlar Liqasında qol sevinci yaşayıb.
O, ardıcıl 10 mövsümdə qol vuran 2-ci müdafiəçi olub. S.Ramos Jerar Pikenin rekordunu təkrarlayıb. Lakın “Barselona”lı cari mövsüm qol vurarsa, yenidən önə keçəcək.