“Real” yarımmüdafiəçisini satdı – La Liqa klubuna
02.09.2020 - 00:45
İspaniyanın “Real” klubunun futbolçusu Alberto Soro karyerasını “Qranada”da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin keçidini Madrid təmsilçisi açıqlayıb.
Transfer 2,5 milyon avroya gerçəkləşib. Soro “Qranada” ilə 5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər bu komandada oynayacaq.
Qeyd edək ki, futbolçu 2019-cu ilin yayında “Saraqosa”dan “Real”a 2,5 milyon avroya keçmişdi. Soro ötən mövsümdə icarə əsasında “Saraqosa”da 34 matçda 4 qol vurub.
0
0