“Real”ın müdafiəçisi PSJ ilə oyunu buraxa bilər
01.02.2022 - 11:26
“Real”ın müdafiəçisi Ferlan Mendi sıradan çıxıb.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu bud nahiyəsindən xəsarət alıb.
Fransa millisinin üzvü böyük ehtimalla İspaniya Kral Kubokunda “Atletik”lə (3 fevral), La Liqada “Qranada” (6 fevral) və “Vilyarreal”la (12 fevral) oyunları buraxacaq. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk matçda iştirakı da sual altındadır.
Qeyd edək ki, PSJ – “Real” oyunu fevralın 15-də Parisdə keçiriləcək.
0
0