“Roma” Kini icarəyə götürür
25.04.2020 - 10:23
“Roma” Kini icarəyə götürür

İngiltərənin “Everton” klubunun futbolçusu Moyze Kim karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu “Roma”nın maraq dairəsinə düşüb.

Paytaxtın eyniadlı təmsilçisi forvardı bu ilin yayında icarəyə götürmək istəyir. “Everton” isə Kris Smollinqin transferində maraqlıdır.

Qeyd edək ki, Moyze digər İtaliya təmsilçisi “İnter”in də hədəfindədir. Milanlılar hücumçu üçün 25 milyon avro ödəmək fikrindədir.