“Rəqiblərimiz bilir ki, meydanımızda oynamaq onlara nə qədər çətindir” - Nazarov
18.12.2019 - 10:47
“Rəqiblərimiz bilir ki, meydanımızda oynamaq onlara nə qədər çətindir” - Nazarov

“Komandanın taktiki sxemini dəyişməsi “Reqensburq” kimi rəqibə qarşı oynamağın ən düzgün yolu idi. Çünki bu komanda rəqibi güclü təzyiqlə sıxmağı xoşlayır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

Milliləşən legioner çıxış etdiyi Almaniya təmsilçisi “Aue”nin taktiki sxemi dəyişməsinə münasibət bildirib. O, 4-2-3-1-dən 3-4-1-2-yə keçməyin “Reqensburq” üzərində 1:0 hesablı qələbədə vacib rol oynadığını qeyd edib: “Düşünürəm ki, bu taktiki sxem yaxşı idi. Biz özümüzü çox rahat hiss edirdik. Super müdafiə olunduq və qol imkanları da yaratdıq. Hər oyunçu komandanın uğuru üçün döyüşdür. Hər ev qələbəmizin arxasında böyük həcmdə iş durur. Amma rəqiblərimiz də bilir ki, bizim meydanda oynamaq onlara nə qədər çətindir. Qarşıdakı ev oyunlarında da bacardığımızı edəcəyik”.

Qeyd edək ki, 17 oyunda 26 xal toplayan “Aue” 2-ci Bundesliqada 6-cı pillədə qərarlaşıb.
 

0
Dmitri Nazarov Aue Bundesliqa