Ukraynanın “Minay” klubunun futbolçusu Eldar Quliyevlə maraqlanan Azərbaycan klublarının sayı artır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, gənc yarımmüdafiəçi uğrunda “Qarabağ” və “Neftçi”yə “Sabah” da rəqib olub.
Premyer Liqa təmsilçisi bu yarışdan qalib ayrılmaq üçün cəld tərpənib. “Sabah” rəhbərliyi Azərbaycan əsilli 20 yaşlı orta sahə oyunçusu ilə ilkin danışıq da aparıb. Kiyev “Dinamo”sunun yetirməsi Ukraynada qalmaq istəsə də, həmin ölkədə yaşanan hərbi gərginlik Quliyevin qərarına təsir edə bilər.
Qeyd edək ki, “Minay”a ötən ilin yayında “Mariupol”dan keçən Eldar Quliyevin müqavilə müddəti növbəti mövsümün sonuna qədərdir.