Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə daha bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, paytaxt klubları “Neftçi” və “Sabah” hazırlıq çərçivəsində üz-üzə gəlib.
Erkən qarşılıqlı qollarla başlayan matç məhsuldar alınıb. Fasiləyə 2:1 hesabı ilə öndə yollanan “Sabah” qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 5:2. Yeddi qolun vurulduğu görüş hər iki komandanın hazırlıq çərçivəsində üçüncü sınağı olub.
Qeyd edək ki, “Sabah” “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, Eyni rəqiblərlə görüşən “Neftçi” “Sumqayıt”ı məğlub edib (3:0), Ağdam təmsilçisinə uduzub – 0:1.
Yoxlama oyunu
4 avqust
18:00. "Sabah" - "Neftçi" - 5:2
Qollar: Təmkin Xəlilzadə, Ramil Şeydayev, Abdulla Xaybulayev, Camal Cəfərov, Kevin Kubemba - Stiv Monroz, İsmayıl Züılfüqarlı