Azərbaycan Premyer Liqasında I turun oyunlarını ümumilikdə 1650 tamaşaçı izləyib.
Apasport.az saytının məlumatına görə, açılış turunda ən çox azarkeş “Neftçi” – “Qəbələ” matçına toplaşıb.
Peşəkar Futbol Liqasının protokoluna əsasən, “Bakcell Arena”dakı qarşılaşmada 800 nəfər tribunada olub. “Zirə” – “Qarabağ” oyununa 350, “Sabah” – “Səbail” görüşünə 200, “Keşlə” – “Sumqayıt” matçına isə 300 tamaşaçı maraq göstərib.
Stadion tutumu ilə tribunaya gələn azarkeş sayını faizlə hesablasaq, ən çox “Zirə” – “Qarabağ” görüşünə maraq olub. Zirədəki idman kompleksi 1512 nəfəri qəbul etmək iqtidarında olduğundan, “Qarabağ”la qarşılaşmada tribunaların 23,1 faizi dolub. Digər 3 matçdakı rəqəmlər isə nəzərəçarpacaq dərəcədə aşağıdır. Bu baxımdan ən biabırçı göstərici “Bank Respublika Arena”ya məxsusdur. “Sabah”ın öz meydanında “Səbail”ə yenildiyi görüşdə stadion tutumunun cəmi 1,5 faizi dolub.
Oyunların keçildiyi “Bank Respublika Arena”, “Bakcell Arena”, “ASK Arena” və Zirə İdman Kompleksinin stadionunun ümumi tutumu 30 min 72 nəfərdir. Bu mənada Premyer Liqanın ilk turunda ümumilikdə tribunaların 5,5 faizində tamaşaçı olub. Zirədəki arenanın 1512 nəfərlik tutuma malik olması ümumi faiz nisbətinin daha da biabırçı olmasının qarşısını alıb.
AFFA-nın Premyer Liqa matçları üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciətindən sonra 50 faizədək azarkeşin stadionlara buraxılmasına icazə verilib. Amma görünən odur ki, rəqəmlər faizlə 50 yox, 0-a daha yaxındır.
|
Stadion |
tutumu |
I tur |
faizlə |
|
Bank Respublika Arena |
13000 |
200 |
1,5 |
|
Bakcell Arena |
10260 |
800 |
7,8 |
|
ASK Arena |
5300 |
300 |
5,7 |
|
Zirə İdman Kompleksi |
1512 |
350 |
23,1 |
|
Cəmi |
30072 |
1650 |
5,5 |
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer