“Sabah”da növbəti ayrılıq – Diallo da getdi
15.01.2021 - 14:02
“Sabah”da növbəti ayrılıq – Diallo da getdi

Bakının “Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunun klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlaşan paytaxt təmsilçisi Ulisse Diallo ilə vidalaşıb. Malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bakılılar bunadək Ozan Can Kökçünü icarəyə verib, Abbas Ağazadə və Yevgeni Koçukla yollarını ayırıb.