"Sabah bizim üçün çətin olacaq, amma...” – Qara Qarayev
04.11.2020 - 20:22
"Sabah bizim üçün çətin olacaq, amma...” – Qara Qarayev

"Sivasspor"la matç ağır səfərlərimizdən biridir. Rəqib də bizim kimi xal qazanmayıb". 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının III turunda “Sivasspor”la keçiriləcək oyun barədə danışarkən deyib.

28 yaşlı futbolçu meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Sivasspor” haqda xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan kollektivdir. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.