Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirilən cavab oyununda “Səbail”in məşqçisi Vüqar Məmmədin qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanın protokolunda gənc mütəxəssisin hakimi vurduğu üçün texniki zonadan qovulduğu qeyd olunub.
Hadisə matçın 76-cı dəqiqəsində baş verib. “Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun “davam” qərarı Aftandil Hacıyevin köməkçisini özündən çıxarıb. Nəticədə yan xətt hakimini vuran Vüqar Məmməd qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.
U-17 millimizin sabiq baş məşqçisinin bu hərəkətinə görə, AFFA İntizam Komitəsi tərəfindən ağır sanksiyaya məruz qalması qaçılmazdır.
Qeyd edək ki, öz meydanında “Səbail”ə 0:1 hesabı ilə məğlub olan “Sumqayıt” revanşda 2:1 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI