Avropa Liqasının finalında "İnter" üzərində 3:2 hesablı qələbə qazanaraq kuboka yiyələnən "Sevilya"da ilk ayrılıq baş tutub.
Apasport.az saytının məlumatına görə, oyundan sonra əndəlüs klubunun vitse-kapitanı Ever Baneqa kollektivlə vidalaşıb.
32 yaşlı argentinalı başa çatan müqavilə müddətini yeniləməyib və karyerasını başqa klubda davam etdirəcəyini söyləyib: "Həyatımın klubundan ayrılıram, amma xoşbəxtəm. Daha bir xəyalı gerçəkləşdirdiyimiz üçün komanda yoldaşlarıma təşəkkür edirəm".
Qeyd edək ki, Baneqa bundan sonra Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"ın formasını geyinəcək.