“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Sileks”in Şimali Makedoniya çempionatındakı oyununun vaxtı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, Kratovo təmsilçisi II turun “Pelister”lə ev matçının başqa vaxt oynanılmasını istəyir.
Bu görüş avqustun 16-da keçirilməlidir. Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Sileks” qarşılaşması isə ayın 18-də və ya 19-da baş tutacaq.
Bunu nəzərə alan klub rəhbərliyi Şimali Makedoniya Futbol Federasiyasına müraciət edəcək. “Sileks” avqustun 16-dakı oyunun bir neçə gün tez keçirilməsini istəyir. Bu da avrokubokdakı səfər matçına hazırlıq üçün zəruri vaxtın olmasına hesablanıb.