"Sileks"lə oyunun vaxtı və məkanı dəqiqləşdi - "Qarabağ"ın
10.08.2020 - 17:52
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın "Sileks"lə matçının keçiriləcəyi tarix dəqiqləşib.
Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Azərbaycan çempionu mövsümdə ilk görüşünə avqustun 18-də çıxacaq.
Şimali Makedoniya təmsilçisi ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
0
0