“Sumqayıt”la “Keşlə” arasında keçiriləcək yoxlama görüşünün vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, sınaq matçı əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də baş tutacaq.
Buna səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoymasıdır. “Kapital Bank Arena”da keçiriləcək oyunun başlama saatı hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, bu komandalar koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq fasilədən sonra ilk dəfə dünən yoxlama görüşü üçün meydana çıxıblar. “Keşlə” “Neftçi”yə 1:3 hesabı ilə məğlub olubsa, “Sumqayıt” “Qəbələ” ilə qollu bərabərə (2:2) qalıb.