"Sumqayıt" müqaviləni açıqladı - Cənnətovla
16.07.2020 - 18:24
Mehdi Cənnətovun karyerasını "Sumqayıt"da davam etdirəcəyi təsdiqlənib.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi rəsmi saytı vasitəsilə qolkiperlə yeni müqavilə imzalandığını bəyan edib.
Bu gündən təlim-məşq toplanışına start verən klub Cənnətovla sözləşmənin 1 illik olduğu vurğulanıb. 2017-ci ildən "Sumqayıt"da çıxış edən 28 yaşlı qapıçı bu müddətdə ümumilikdə 55 qarşılaşmada meydanda olub.
Qeyd edək ki, Mehdi Cənnətovun "Sumqayıt"la yeni müqavilə imzaladığını ilk dəfə iyulun 12-də apasport.az saytı məlumat verib.
0
0