“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışında son oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Qazaxıstanın “Şaxtyor” klubu ilə qarşılaşıb.
Bələk bölgəsindəki “Titanik” otelinin stadionunda keçirilən görüşə Karaqanda təmsilçisi daha fəal başlayıb. Qazaxıstanlılar ilk yarıda iki dəfə hesabda önə keçiblər.
Fasilədən sonra daha üstün oyun nümayiş etdirən “Sumqayıt” 4:2 hesablı əzmkar qələbə qazanıb. Təmsilçimizin heyətində Amil Yunanov 2, Əmir Ağayevlə Rəhim Sadıxov hərəyə 1 qol vurub.
Qeyd edək ki, bu, Ayxan Abbasovun yetirmələrinin Antalyadakı 4-cü matçı olub. Sumqayıtlılar bunadək "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə məğlub olub, "Politexnika" (Rumıniya) ilə sülh bağlayıb (1:1), “Arka”ya (Polşa) qalib gəlib – 1:0.
Yoxlama oyunu
25 yanvar
18:00. “Sumqayıt” – “Şaxtyor” (Qazaxıstan) – 4:2
Qollar: Əmir Ağayev, 27, Amil Yunanov, 49, 62, Rəhim Sadıxov, 59
“Titanik” otelinin stadionu
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı