“Sumqayıt”ın siyahısındakı “3-lük”: Rəfiyev “bazarda”
21.03.2022 - 17:48
“Sumqayıt”ın siyahısındakı “3-lük”: Rəfiyev “bazarda”

Mövsümün sonunda aparıcı futbolçularla yollarını ayırıb azödənişli milliləşdirilmiş oyunçuları heyətinə qatmağı planlaşdıran “Sumqayıt”ın maraq dairəsində olan 3 futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi, xüsusən də, Ukrayna bazarında fəallıq göstərməyə çalışır.

Klub prezidenti Riad Rəfiyev heyətdə yaranacaq boşluğu adıçəkilən ölkədə çıxış edən Azərbaycan əsilli gənclərə doldurmağı planlaşdırır. O, Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Əlibəy Əhmədov, “Podilya”nın sol cinah müdafiəçisi Emin Səfixanov və “Kremin”in pleymeykeri Tuqay Əlizadəni Sumqayıta gətirməyə çalışır.

20 yaşlı Tuqay ötən ilin yayında “Mariupol”dan, 23 yaşlı Emin isə bu ilin əvvəlində “Qornyak-Sport”dan yeni komandasına keçib. Müqavilə ilə “Dinamo”ya məxsus olan 24 yaşlı Əlibəy isə icarə əsasında “Zarya”da çıxış edir. Sonuncu Ukraynanın aşağı yaş qrupu yığmalarının formasını geyinib.
 

0