“Sumqayıt”la qarşılaşacaq – “Sabah”
01.09.2020 - 12:15
Azərbaycan Premyer Liqasının II turuna hazırlıqları davam etdirən “Sabah” yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakı təmsilçisi “Sumqayıt”la üz-üzə gələcək. Sentyabrın 5-də “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” II tur matçını sentyabrın 13-də öz meydanında “Qəbələ”yə qarşı keçirəcək. Komanda ilk turda “Qarabağ” 0:2 hesabı ilə məğlub olub.
0
0