“Superliqa davam edə bilməz” - Anyelli
21.04.2021 - 13:21
“Superliqa davam edə bilməz” - Anyelli

“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının baş tutmasına ümidini itirib.

Apasport.az saytının məlumatına görə, bunu yeni yaradılan turnirin vitse-prezidenti təyin edilən Anyelli yerli mətbuata açıqlamasında bildirib.

O, İngiltərə klublarının yarışdan imtina qərarından sonra Superliqanın keçirilmə ehtimalının qalmadığını etiraf edib: “Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”.

Qeyd edək ki, Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənsə də, İngiltərənin 6 klubu sonradan yarışdan imtina edib.