“Tottenhem”in İnqs sevdası – mövsümün sonunu gözləyir
20.01.2021 - 10:07
“Tottenhem”in İnqs sevdası – mövsümün sonunu gözləyir

İngiltərənin “Tottenhem” klubu Denni İnqsi transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Sauthempton”da çıxış edən hücumçunu yay transfer pəncərəsində heyətinə qatmaq fikrindədir.

28 yaşlı ingiltərəlinin klubu ilə müqaviləni uzatmayıb. Bu da “Tottenhem”in istəyini mövsümün sonunda reallaşdırmasına zəmin yaradır. Çünki “Sauthempton” 2022-ci ilin yayına qədər anlaşması olan forvardı satmağın əleyhinə olmayacaq.

Qeyd edək ki, İnqs cari mövsüm Premyer Liqanın 13 oyununda 7 qol vurub.