“Tottenhem”in futbolçusu Fransada qalır
17.03.2022 - 00:47
“Tottenhem”in futbolçusu Fransada qalır

“Tottenhem”in futbolçusu Tanqi Ndombele icarədə olduğu “Lion”da qala bilər.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi yarımmüdafiəçini daha bir mövsüm heyətində saxlamağa qərar verib.

Ndombole London klubunun məşqçilər korpusunun planlarına daxil deyil. Bu da lionluların işinə yaraya bilər.

İcarə müqaviləsinə əsasən oyunçunun sonradan transfer olunmaq hüququ Liqa1 klubundadır. Lakin fransalılar Tanqinin transferini deyil, icarə müddətini artırmağı düşünür.

Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ilin yayında məhz “Lion”dan “Tottenhem”ə keçib. İngiltərə klubu ona görə 60 milyon avro ödəyib.