“Tottenhem”in müdafiəçisi mövsümü bitirdi
19.03.2022 - 10:01
“Tottenhem”in müdafiəçisi Cafet Tanqanqa əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu sağ dizindən əməliyyat keçirib.
Yanvarın 23-də “Çelsi” ilə qarşılaşmadan sonra ayağında ağrılar hiss edən ingiltərəli oyunçunun mövsümü erkən başa vurduğu açıqlanıb. Antonio Kontenin baş məşqçi postuna gəlişindən sonra əsas heyətə düşməyi bacaran Tanqanqa yay toplanışında kollektivə qoşula biləcək.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan mərkəz müdafiəçisi 2020-ci ildən əsas komandanın formasını geyinir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0