“Turan” Emil Balayevi sifariş etdi
05.03.2022 - 09:32
“Turan” Emil Balayevi sifariş etdi

Qazaxıstanın “Turan” klubu azərbaycanlı transferi Emil Balayevi sifariş edib.

Apasport.az saytının məlumatına görə, Türkistan təmsilçisi ölkə çempionatının yeni mövsümü üçün iştirak ərizəsinə millimizin qolkiperini də əlavə edib.

Vladimir Qazzayevin yeni mövsümdə sərəncamında 21 futbolçu olacaq ki, onlardan 3-ü qapıçıdır. Emil çərçivə uğrunda yerli Bekjan Toktarbay və qırğızıstanlı Erjan Tokotayevlə rəqabət aparacaq.

Qeyd edək ki, Emil Balayev “Qarabağ”la müqaviləsinə xitam verərək “Turan”a keçib. O, əvvəllər Qazaxıstanda “Tobol”un (2019) formasını geyinib.