Azərbaycan Premyer Liqasında 2022-ci ilin ən yaxşı bombardirləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, arxada qalan üç turda yalnız 3 futbolçu birdən artıq qol vurub.
Onların hər üçü legionerdir. “Qarabağ”dan Kadi Borqes, “Neftçi”dən Sezar Meza Kolli və “Zirə”dən Hamidu Keyta hərəyə 2 dəfə fərqlənib.
Kadi iki, digərləri üç matç keçirib. Həm o, həm də Keyta bir görüşdə dubl etməyə nail olub.
Sezar isə iki fərqli qarşılaşmada qol sevinci yaşayıb. Son iki turda fərqlənən paraqvaylı seriyasını sabah davam etdirməyə çalışacaq.
Qeyd edək ki, bu il baş tutan 11 matçda 23 qol vurub.