“Üzülməmişik, amma tam da istədiyimiz deyil” – Samir Abasov
21.01.2021 - 19:08
“Üzülməmişik, amma tam da istədiyimiz deyil” – Samir Abasov

"Qışdan sonra oyunlarımız çətin keçəcək. Premyer Liqa səviyyəsində bir yoldaşlıq oyunu keçirdik”. 

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail"lə səfər matçı (3:1) barədə fikirlərini açıqlayıb: “Yaxşı tərəfi odur ki, qələbə qazandıq, sadəcə 3 xala sevinirik. Üzülməmişik, amma tam da istədiyimiz deyil. Birinci hissəni bəyənmədim. İlk yarıda rəqib daha yaxşı idi. Bəlkə də çempionatda oyunçularımız özlərini çempionluğa görə stressə salıblar. İkinci hissədə yaxşı çıxış etdik". 

Abasovun sözlərinə görə, qarşılaşmada futbolçuların fərdi keyfiyyətlər önə çıxıb: "Digər oyunçular da əziyyət çəkdi. Namiq və Lavalla yeri görsəndi. Bütün məşqlərdə Namiq Ələsgərov iştirak edirdi, o çıxdı, bəlkə ona görə axsadıq". 

Mütəxəssis hakim haqqında danışmaq istəməyib: "Hakimə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burada rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və analiz edin. Monroz motivasiya baxımından ehtiyata salındı, onun problemi tam aradan qalxmayıb. Ömər Buludovu ona görə oyuna saldıq ki, həmin cinahda boşluqlar gördük. Hücumçu axtarışındayıq, o da alınsa, rotasiya etmək üçün bizə xoş olacaq".