PSJ-nin Fransa kubokunun finalında oynamaq ənənəsi qırıldıqdan sonra ən uzun analoji seriyalar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ardıcıl 7 dəfə final oynayan Paris təmsilçisi 10 və daha artıq həlledici matçı sıralayanların sırasına düşə bilməyib.
Fransa nəhənginin kənarda qaldığı siyahıda isə cəmi 10 klub var. Onlardan biri – “Vaduts” iki belə seriyaya imza atıb. Lixtenşteyn kubokunda ardıcıl 25 final oynayan cırtdan ölkə təmsilçisi həm də dünya rekordunun sahibidir.
10 və ya daha çox finalda ardıcıl oynayanlar arasında futbol nəhəngi yoxdur. Avropadan Lixtenşteyn, Latviya və Uelsdə belə hadisə yaşanıb. Digərləri isə başqa qitələrə təsadüf edib.
Azərbaycan rekordu isə “Neftçi”yə məxsusdur. Bakılılar 2011/12 mövsümündən 2015/16 mövsümünədək ardıcıl 5 finalda oynamaqla ölkə rekordu vurub. Amma dünya miqyasında kiçik sayılan bu göstərici “Vaduts”dan 5 qat aşağıdır.
1. “Vaduts” (Lixtenşteyn) - 25 (1995-2019)
2. “Sinqapur” (Malayziya) – 21 (1921-41)
3. “Vaduts” (Lixtenşteyn) – 17 (1946-62)
4. “Əl-Hilal” (Sudan) – 15 (2002-17)
5. “Əl-Mərrih” (Sudan) – 14 (2001-15)
6-9. “Əl-Ərəbi” (Küveyt) – 11 (1962-72)
6-9. “Kardiff” (Uels) – 11 (1967-77)
6-9. “İnter” (Surinam) – 11 (2007-17)
6-9. “İstiqlol” (Tacikistan) – 11 (2009-19)
10-11. “Skonto” (Latviya) – 10 (1995-2004)
10-11. ABOB (Bruney) – 10 (2002-16)