“Volfsburq”dan Premyer Liqaya
31.01.2022 - 23:21
“Volfsburq”dan Premyer Liqaya

İngiltərənin “Bernli” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi Vaut Veqorstu transfer edib.

“Volfsburq” hücumçusunun keçidindən 12 milyon funt sterlinq qazanıb. 197 sm boya malik niderlandlı 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Niderland yığmasının 29 yaşlı futbolçusu 2018-ci ildə “Volfsburq”a keçib.