“Yuventus”da itki
05.03.2022 - 11:43
“Yuventus”da itki

“Yuventus”un futbolçusu Leonardo Bonuççi zədələnib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Empoli” ilə qarşılaşmada ağrılar hiss edib.

Bu üzdən Bonuççi “Fiorentina” ilə qarşılaşmanı buraxacaq. Leonardo artıq tibbi müayinədən keçib. Onun ən azı bir həftə buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Leonardo cari mövsüm 25 oyunda 3 qol vurub.