“Yuventus”un futbolçusuna daha bir müştəri
18.04.2022 - 00:56
“Yuventus”un futbolçusu Ueston Makkenni daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Roma”nın ardınca “Tottenhem”də 23 yaşlı amerikalını heyətinə qatmaq istəyir.
Yarımmüdafiəçinin Turin təmsilçisi ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq. Çempionlar Liqasının “Vilyarreal”la ilk görüşündə (1:1) zədələnən Ueston mövsümü başa vurub.
Qeyd edək ki, Makkenni mövsümün 28 oyununda 4 qol vurub.
0
0