“Yuventus”un qapıçısına üç təklif
17.06.2020 - 12:56
İtaliyanın “Yuventus” klubunun futbolçusu Mattia Perin karyerasını “Roma”da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 27 yaşlı qapıçını paytaxt klubuna təklif edib.
Hazırda icarə əsasında “Cenoa”da çıxış edən qolkiper bu klubun da maraq dairəsindədir. Genuya klubu onu transfer etmək fikrindədir. Perinin daha bir müştərisi isə son illər iddialılardan birinə çevrilən “Atalanta”dır.
Qeyd edək ki, Perin cari mövsüm “Cenoa”da keçirdiyi 9 matçda 12 top buraxıb.
0
0