"Zirə" müqaviləni rəsmiləşdirdi - braziliyalı qapıçı ilə
01.09.2020 - 20:17
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Mateus Albino ilə münasibətləri rəsmiləşdirib.
25 yaşlı braziliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina" klublarının da şərəfini qoruyub.
0
0